Tel.: +994 (12) 409-63-36 | Email: info@azerbot.az
Promobot müstəqil şəkildə hərəkət edir və işçi tərəfindən müşayiət edilməyi tələb etmir. Robot qoyulan müəyyən bir radius çərçivəsində və ya qurulmuş xəritəyə uyğun olaraq hərəkət edir. Korpusun perimetri ətrafında yerləşən bir çox sensorlar sayəsində Promobot toqquşmalardan qaçınır. Əgər şarj səviyyəsi aşağı olarsa, özü şarj artırılma stansiyasına yaxınlaşır. Həmçinin hərəkət edərkən insanları axtarır, onlara yaxınlaşır və qarşılıqlı əlaqə qurmağa başlayır.



Robotun bir neçə hərəkət rejimi var:
  • Avtomatik hərəkət rejimi
    Bu rejimdə robot qoyulan müəyyən bir radiusda və ya ərazinin qurulmuş xəritəsinə uyğun olaraq təsadüfi bir şəkildə hərəkət edir. Bu rejim izdihamlı yerlərdə işləyərkən aktualdır.
  • Naviqasiya üzrə hərəkət rejimi
    Bu rejim əsas baza paketinə daxil deyil və naviqasiya xəritəsinin öncədən konfiqurasiya edilməsini tələb edir. Hərəkət zamanı robot öncədən təyin olunmuş nöqtələr arasında müəyyən və ya təsadüfi bir ardıcıllıqla hərəkət edir. Hər bir nöqtə üçün oraya çatdıqda yerinə yetirəcəyi işlər təyin edilə bilər.
  • İdarə olunan hərəkət rejimi
    Bu rejimdə robot uzaqdan idarəetmə aləti (joystick) və ya telepresensiya xidmətindən istifadə edilərək idarə olunur. Məsələn, əgər robotun başqa bir yerə köçürülməsi lazım olarsa.

30-01-2020 09:32 Xəbərlər