Tel.: +994 (12) 409-63-36 | Email: info@azerbot.az
Promobot - avtonom bir xidmət robotudur, insan müdaxiləsi olmadan iki rejimdə işləyir: promo rejimi və qarşılıqlı əlaqə rejimi.
 


Promo rejimi - robotun qarşılıqlı əlaqə qurmaq üçün bir obyekt axtardığı və ya gözlədiyi bir rejimdir. Bu rejimdə o, promo ifadələr istifadə edir - məlumat xarakteri daşıyan və ya qarşılıqlı əlaqə yaratmağa dəvət edən ifadələr. Əgər robot bir danışıq eşitdisə və ya bir üz gördüsə, həmçinin, ekranda bir toxunma qeyd etdisə, o zaman o, qarşılıqlı əlaqə yaratmağa başlayır. Qarşılıqlı fəaliyyətə başladıqdan sonra robot suallara cavab verəcək və verilən mövzularda dialoqu qoruyacaqdır.
Robot həmsöhbətinin cinsiyyətini və yaşını təyin edir, buna uyğun olaraq da kommunikasiya strategiyası seçə və uyğun məhsullar təklif edə bilər.
Həmçinin, bu texnologiya sayəsində robot bir insanla tanış olmağa qadirdir. Tanışlıq zamanı o həmsöhbətinin üzünü və adını yadda saxlayır. Bundan sonra robot ona tanış olan insanların simalarını tanıyır və onlara adları ilə müraciət edir. Yeri gəlmişkən, robotu bilməli olduğu hər kəs ilə şəxsən tanış etmək mütləq deyil - məlumatları roboya yükləmək kifayətdir və Promobot onları tanıyacaq.
İstifadəçi robotun ziyarətçilərlə ünsiyyət qurmağa kömək edəcəyi ifadələr və jestlər əlavə edə bilər.
Həmçinin, bir ifadə əlavə edərkən ona nəinki duyğu və jestləri, hətta bir rəqs və ya video da əlavə etmək olar.
İstəyə uyğun olaraq robot üçün öz xüsusi hərəkətlərinizi yarada bilərsiniz: jestlər, hərəkət ssenariləri və rəqslər.
Lazım gələrsə, nitqini uzaqdan da idarə edə bilərsiniz.

24-01-2020 15:10 Xəbərlər