Tel.: +994 (12) 409-63-36 | Email: info@azerbot.az
İstifadəçi robota fotoşəkillər (jpg, jpeg, png, gif formatında) və video materiallar (mp4, avi, mkv formatında), mp3 formatında audio, promo nitq, uyğun ifadələr və cavab replikaları, hətta sənədlər (pdf, doc, docx, xls, xlsx, ppt, pptx, txt, csv formatında) və şəkillər üçün çərçivələr yükləyə bilər.
Danışıq modullarını yükləmək üçün robotun bütün sahiblərinə linqvobazanın web servisi təmin edilir. Robotun ünsiyyət zamanı istifadə etdiyi xidmət interfeysi sahibinə məlumatın müstəqil şəkildə idarə olunmasına imkan verir.
Robot üçün ifadələrin 5 əsas növü var:
  • Promo nitqlər
    Robotun promo rejimində istifadə etdiyi ifadələr, yəni, qarşılıqlı əlaqə qurma obyekti axtarır. Bunlar onun qarşılıqlı əlaqə qurmağa dəvət etdiyi və ya şirkət və məhsullar haqqında məlumat verməyə kömək edən ifadələrdir.
  • Tanıdığı insanların salamlanması
    Robotun artıq tanış olduğu insanları salamlaması və ya onlara müraciət etməsinə kömək olan ifadələr.
  • Tanımadığı insanları salamlaması
    Robotun ilk dəfə gördüyü və ya hələ tanış olmadığı insanları salamlamasına kömək olan ifadələr.
  • Replikalar
    Robotun cavab verəcəyi, həmsöhbətinin müəyyən ifadələrinə və ya istəklərinə necə reaksiya verəcəyi.
  • Əlavə ifadələr
    Robotun danışıqları konstruktiv, hədəflənmiş bir istiqamətdə yönləndirdiyi ifadələr. Məsələn, yeni bir məhsul və ya xidmət sınamağı təklif edəcək, endirim təklif edəcək və ya mövcud xidmətlər haqqında danışacaqdır.
Bir ifadəni və ya replikanı robota yükləmək üçün bir neçə saniyə lazım olacaqdır.



24-01-2020 15:15 Xəbərlər